Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə 11 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Ötən 6 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə 0,7 milyon manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).