Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 2,2 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,2% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 91,7% artaraq 0,6 milyon manat olub.