Bu ilin yanvar-iyun aylarında Azərbaycanda tibbi sığorta üzrə 81,6 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 6% azalaraq 35,15 milyon manat olub.