SIĞORTA

02 Avqust

Azərbaycanda həyatın ölüm halından sığortası bazarı 3% böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyatın ölüm halından sığortası üzrə 13,2 milyon manat sığorta haqqı toplanılıb. 

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 55,6% azalaraq 0,75 milyon manat olub.