Azərbaycan Mərkəzi Bankı 3 fiziki şəxsə sığorta brokeri, 1 hüquqi şəxsə və 28 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bununla bağlı qərar iyulun 26-da “Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.