SIĞORTA

27 İyul

Azərbaycandan xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları artıb

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 2 milyon 736.2 min manata bərabər olub.

Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 47.4% və ya 879.2 min manat çoxdur. 2022-ci ilin müvafiq dövründə xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmaları 1 milyon 857 min manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında xaricə səfər edən vətəndaşların sığorta ödənişləri 116.2 min manat təşkil edib ki, bu da 2022-ci ilin ilk 6 ayı ilə müqayisədə 35.9% və ya 65 min manat azdır.

Hesabat dövründə bu sığorta növü üzrə sığorta zərərliliyi 2.3 dəfə azalıb. Belə ki, sığorta şirkətləri bu ilin ilk 6 ayında toplanan hər 100 manat sığorta haqqının 4.2 manatını ödənişə yönəldibsə, 2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 9.8 manat təşkil edib.