SIĞORTA

12 İyul

Azərbaycanda sürücülərin mülki məsuliyyətinin icbari sığortası bazarı böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 62,9 milyon manat sığorta haqqı toplanılıb. 

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur.    

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 8,8% artaraq 39,1 milyon manat olub.