SIĞORTA

12 İyul

Azərbaycan Mərkəzi Bankı sığorta xərclərini artırıb

2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta xidmətlərinə 1,628 milyon manat xərcləyib.

Fins.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2021-ci illə müqayisədə 29,2% çoxdur.

AMB-nin sığorta xərclərinin 572 min manatı icbari tibbi sığorta üzrə ayırmalardır ki, bu da illik müqayisədə 33,6% çoxdur.

Xərclərin qalan 1,056 milyon manatı isə ənənəvi sığorta üzrə ayırmalardır. Bu isə 1 il əvvələ nisbətən 26,9% çoxdur.

Fuad Mədətov
Fins.az