Bu ilin yanvar-may aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə 10,5 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Ötən 5 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə 0,7 milyon manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).
Fuad Mədətov
Fins.az