SIĞORTA

11 İyul

Azərbaycanda kreditlərin sığortası bazarı böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda kreditlərin sığortası üzrə 0,9 milyon manat sığorta haqqı toplanılıb. 

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.

Ötən 5 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə cəmi 500 manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb). 

Zəminə Hüseyn
Fins.az