SIĞORTA

10 İyul

Azərbaycanda son 1 ildə yük sığortası üzrə ödənişlər 12%-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda yük sığortası üzrə 2,6 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 12,2 dəfə artaraq 47 min manat olub.

Fuad Mədətov
Fins.az