SIĞORTA

06 İyul

İcbari Sığorta Bürosunun ləğv edilmə proseduru müəyyənləşir

İcbari Sığorta Bürosunun ləğv edilmə proseduru müəyyənləşir.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İcbari sığortalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Büro xüsusi qanunla ləğv edilə bilər. Bu zaman həmin qanunda informasiya sisteminin idarə olunması və istifadəsi qaydası müəyyən olunmalıdır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.