SIĞORTA

06 İyul

Son 1 ildə əmlakın yanğından sığortası üzrə ödənişlər 69% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda əmlakın yanğından sığortası üzrə 28,8 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 68,8% artaraq 1,3 milyon manat olub.

Fuad Mədətov
Fins.az