SIĞORTA

05 İyul

Azərbaycanda səfər sığortası üzrə ödənişlər 3% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda səfər sığortası üzrə 2,2 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,3% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2,9% artaraq 0,1 milyon manat olub.

Fuad Mədətov
Fins.az