SIĞORTA

03 İyul

Mərkəzi Bankın sığorta xərcləri ötən il 29% artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta xərcləri ötən il 29,2% artaraq 1 milyon 628 min manata çatıb.
 
Fins.az xəbər verir ki, bu barədə AMB-nin maliyyə hesabatında bildirilib.
 
Sığorta xərclərinin 572 min manatını icbari tibbi sığorta, 1,056 milyon manatını isə üzrə ənənəvi sığortalar üzrə xərclər təşkil edib. Müvafiq olaraq sığorta xərcləri 33,6% və 26,9% artıb.