Bu ilin yanvar-may aylarında Azərbaycanda həyatın yaşam sığortası üzrə 251,9 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,2% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 84,9% artaraq 93,3 milyon manat olub.
Fuad Mədətov
Fins.az