SIĞORTA

25 İyun

Azərbaycanda bəzi sığorta şirkətlərinin ödənişləri artıb

Bu ilin yanvar-may aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 15-nin ödənişləri illik müqayisədə artıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-dir. Bu şirkət 5 ay ərzində 1,002 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 7,1 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “PAŞA Sığorta” ASC-dir. Bu şirkətin ödənişləri 30,94 manat təşkil edib ki, bu da illik müqayisədə 2,5% çoxdur.

Fuad Mədətov
Fins.az