SIĞORTA

25 İyun

Azərbaycanda qeyri-həyat sığortası artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar 275,286 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 28,9% çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 3,7% artaraq 79,638 milyon manata çatıb. Qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 28,9 manatı müştərilərə geri ödənilib.

Fuad Mədətov
Fins.az