Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyun 2023-cü il tarixli qərarı ilə “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə dair verilmiş 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya ləğv edilib.
“Günay Sığorta” ASC-dən Fins.az-a verilən məlumata görə, sığorta şirkətinin lisenziya ləğv edilsə də, könüllü ləğv prosesi sığorta satışının dayandırılması sahəsini əhatə etməklə, qüvvədə olan sığorta şəhadətnamələrinə təsir göstərmir.
"Müştərilərimiz qarşısında öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik. Bununla bağlı sığorta şəhadətnamələrinin ləğv edilməsinə zərurətin yaranmadığını diqqətinizə çatdırırıq", - məlumatda qeyd olunub.
Fuad Mədətov
Fins.az