Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 291,148 milyon manat sığorta haqqı toplanılıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 36,7% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 81,4% artaraq 94,798 milyon manata çatıb.
Bu ilin yanvar-may aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 32,6 manatı müştərilərə geri ödənilib.
Fuad Mədətov
Fins.az