Bu ilin yanvar-may aylarında Azərbaycanda icbari sığorta növləri hesabına daxilolmaların məbləği illik müqayisədə 43,5% artaraq 155,768 milyon manata çatıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 6,9% artaraq 41,096 milyon manat olub.
Bu ilin yanvar-may aylarında icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 35,4 manatdan 26,4 manata düşüb.
Fuad Mədətov
Fins.az