SIĞORTA

23 İyun

Azərbaycanda könüllü sığorta 30% çoxdur

Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 410,666 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29,1% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 133,34 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 47,2% çoxdur.

Bu ilin yanvar-may aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 32,5 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 28,5 manat olub.

Fuad Mədətov
Fins.az