Bu ilin yanvar-may aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 566,434 milyon manat sığorta haqqı toplanılıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 32,8% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 174,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,2% çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,2 manat olub.
Fuad Mədətov
Fins.az