2023-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 410 milyon 666,3 min manat, icbari sığorta növləri üzrə 155 milyon 767,7 min manat sığorta haqqı toplanılıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 29.1% və ya 92 milyon 600.9 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 43.5% və ya 47 milyon 195.2 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 47.2% artaraq 133 milyon 340.3 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 7% artaraq 41 milyon 95.9 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-may aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 32.5 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 5 ayında 28.5 manata bərabər olub. Bu ilin yanvar-may ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 26.4 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 5 ayında 35.4 manata bərabər idi.