SIĞORTA

21 İyun

"Günay Bank" ASC-nin əmanətçilərinə ümumilikdə 35 milyon 120 min manat kompensasiya ödəniləcək

"Günay Bank" ASC-nin kreditorlar komitəsi yaradılacağı təqdirdə Əmanətlərin Sığortalanması Fondunun buna dəstək verəcək.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Tural Piriyev deyib.

T.Piriyev qeyd edib ki, ləğv prosesində olan "Günay Bank"ın əmanətçilərinə ümumilikdə 35 milyon 120 min manat kompensasiya ödəniləcək:

““Günay Banık”ın lisenziyası ləğv olunan zaman depozit portfeli 82 milyon 507 min manat təşkil edirdi. Bu 19 min 77 əmanətçini əhatə edirdi və bunlardan 19 min 42 nəfəri sığortalanan əmanətçilər idi. Qorunan əmanətlər isə 72 milyon 315 min manat təşkil edir”.

ADİF rəhbəri onu da vurğulayıb ki, bütün sığortalanmış əmanətlər qaytarıldıqdan sonra sığortalanmamış əmanətlər üzrə qanunvericiliyə uyğun addımlar atılacaq:

"Komitənin yaradılmasına ilkin olaraq kreditorlar qərar verməlidir. "Günay Bank"la birgə 22 bank ləğvedilmə prosesindədir, lakin bunların heç də hamısında kreditorlar komitəsi yoxdur. Digər banklarda olduğu kimi, əgər "Günay Bank"da da bu komitə yaradılarsa, Fond iclasların keçirilməsindən rüblük hesabatların təqdim edilməsinə qədər bütün prosesdə komitəyə dəstək göstərəcək".

Fuad Mədətov
Fins.az