Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 59,9 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3% və ya 6,6 milyon manat artıb.
Fins.az xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 19,4% artaraq 16,6 milyon manat təşkil edib.
Qeyd edək ki, yanvar-may aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artıb və 1,5 milyon manatdan artıq olub.
Hesabat dövründə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 9,3 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 11,9% artıb.