Azərbaycan Mərkəzi Bankı (AMB) 1-i sığorta brokeri və 1-i sığorta agenti olmaqla 2 fiziki şəxsə sığorta vasitəçisi fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.
Bu barədə Fins.az-a tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bununla bağlı qərar iyunun 7-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub.