Bu ilin yanvar-aprel aylarında Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 48,2 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60,7% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 8% artaraq 30,6 milyon manat olub.