SIĞORTA

08 İyun

PAŞA Sığortadan elektrik mühərrikli avtomobillər üçün yeni məhsul– ElektroKASKO könüllü avtomobil sığortası!

PAŞA Sığorta həm qənaət etmək , həm də ətraf mühiti qorumaq istəyən elektrikli avtomobil sahiblərinə özəl yeni məhsulunu təqdim edir. İndi elektrikli avtomobil isifadəçiləri ətraf mühitlə yanaşı, öz avtomobilini də könüllü avtomobil sığortası ilə qoruya biləcək.

Fins.az xəbər verir ki, şirkətin təqdim etdiyi yeni ElektroKASKO məhsulu azadolma məbləğinə müvafiq olaraq aşağı tarif və münasib qiymətlə müştərilərə təklif edilir. 

ElektroKASKO məhsulu ilə avtomobilini sığortalayacaq fərdi müştərilər avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti kimi risklərə qarşı təminat əldə edəcək. Qeyd edək ki, məhsul müştərilərə rəsmi servis təminatı ilə təqdim olunur.

ElekroKASKO məhsulunu əldə etmək, həmçinin məhsul barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya //store.pasha-insurance.az/campaign/page/4wJAGOE80jg= keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/) və ya Instagram ( PAŞA Sığorta (@pasha_insurance) | Instagram ) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.