SIĞORTA

05 İyun

Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası bazarı 4 dəfə böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə 9,3 milyon manat sığorta haqqı toplanılıb. 

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur. 

Ötən 4 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə 0,7 milyon manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).