SIĞORTA

05 İyun

Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası bazarı 17% kiçilib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası üzrə 2,2 milyon manat sığorta haqqı toplanılıb. 

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,1% azdır.

Ötən 2 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə 0,1 milyon manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).