Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fərdi qəza və xəstəlik sığortası üzrə 0,9 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 67,4% azalaraq 41 min manat olub.