SIĞORTA

30 May

Azərbaycanda əmək qabiliyyətinin sığortası bazarı 38% böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əmək qabiliyyətinin sığortası üzrə 0,6 milyon manat sığorta haqqı toplanılıb. 

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,3% çoxdur.  

Ötən 4 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə 6 min manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).