SIĞORTA

23 May

Azərbaycanda 8 sığorta şirkətinin ötənilki maliyyə mənfəəti artıb

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 8-nin ötənilki maliyyə mənfəəti əvvəlki illə müqayisədə çox olub.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, onlardan 8 sığorta şirkətinin - “Meqa Həyat Sığorta”, “PAŞA Həyat Sığorta”, “Qala Həyat Sığorta”, “Xalq Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “PAŞA Sığorta”, “Qala Sığorta” və “Naxçıvan Sığorta” ASC-lərin isə maliyyə mənfəəti artıb.

Ən yüksək dinamika “Meqa Həyat Sığorta”da (3,2 dəfə), ən aşağı dinamika isə “Naxçıvan Sığorta”da (11,7%) qeydə alınıb.

Fuad Mədətov
Fins.az