SIĞORTA

23 May

Azərbaycanda 5 sığorta şirkətinin ötənilki maliyyə mənfəəti 5 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən  13-ü müxtəlif məbləğlərdə ötən il  maliyyə mənfəəti əldə edib.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, onlardan 5-də sözügedən göstərici 5 milyon manatdan çoxdur. Həmin sığorta şirkətləri “PAŞA Həyat Sığorta” (51,552 milyon manat), “PAŞA Sığorta” (38,332 milyon manat), “Qala Sığorta” (13,364 milyon manat), “Atəşgah Həyat Sığorta” (10,593 milyon manat) və “Qala Həyat Sığorta” (9,848 milyon manat) ASC-lərdir.

Qalan 8 sığorta şirkətindən 3-nün maliyyə mənfəəti 1-5 milyon manat arasında, 5 şirkətin maliyyə mənfəəti isə 1 milyon manatdan azdır.

Fuad Mədətov
Fins.az