Əmanətlərin Sığortalanması Fondu beynəlxalq standartlara və müasir tələblərə cavab verən, tam yenilənmiş www.adif.gov.az veb saytını ərsəyə gətirib.
Fins.az xəbər verir ki, yeni vebsayt fərqli və yaradıcı strukturu, o cümlədən bir sıra yenilikləri ilə öncəkindən fərqlənir. Qeyd edək ki, vətəndaş məmnunluğunun və məlumatlılığın artırılması məqsədi ilə funksionallığı və gözoxşayan dizaynı ilə ərsəyə gətirilmiş saytdan istifadəçilər həm Fond haqqında, həm də Fondun ləğvedicilik və sığortaçı funksiyası, habelə digər istiqamətlər üzrə rahatlıqla məlumat əldə edə biləcəklər.
Sayt, müxtəlif sektorlardan olan ziyarətçilərə Fond tərəfindən ərsəyə gətirilmiş yeni layihələr, informativ resurslar, bildirişlər, elanlar, eyni zamanda ictimaiyyətin diqqətinə təqdim olunacaq bütün xəbərlər haqqında informasiyanı asanlıqla əldə etmək imkanı yaradacaqdır.
İstifadəçilər www.adif.gov.az saytına daxil olmaqla yuxarıda göstərilən bu və ya digər məlumatlar haqqında ətraflı məlumat əldə edə bilərlər. Məlumat üçün qeyd edək ki, daha istifadəçilərin rahatlığını təmin etmək məqsədilə saytın mobil versiyası da istifadəyə yararlıdır.