SIĞORTA

22 May

Azərbaycanda KASKO sığorta bazarı 9%-ə yaxın böyüyüb

2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə 13 milyon 497.4 min manat sığorta haqqı toplayıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 8.5% və ya 1 milyon 56.9 min manat çoxdur. Ötən ilin yanvar-aprel aylarında KASKO sığorta üzrə 12 milyon 440,5 min manat sığorta haqqı toplanıb.

Bu dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərinin həcmi 6 milyon 89.1 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7.9% və ya 446.2 min manat çoxdur. 2022-ci ilin ilk 4 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 5 milyon 642.9 min manata bərabər olub.

Qeyd edək ki, ötən ilin ilk 4 ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 45.40 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 4 ayında bu rəqəm 45.10 manat təşkil edib.