Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 5-nin ötənilki xərcləri 40 milyon manatdan çox olub.
Fins.az xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta” (273,273 milyon manat), “PAŞA Sığorta” (173,883 milyon manat), “Azərsığorta" (44,985 milyon manat), “Xalq Sığorta” (43,998 milyon manat) və “Atəşgah Həyat Sığorta” (40,222 milyon manat) ASC-lərdir.
Qalan 15 sığorta şirkətindən 10-nun xərcləri 10-40 milyon manat arasında, 5 şirkətin gəlirləri isə 10 milyon manatdan azdır.