SIĞORTA

17 May

Azərbaycanda bəzi sığorta şirkətlərinin balans kapitalı 25 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə balans kapitalı 20 milyon manatdan çox olub.

Fins.az xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta” (79,777 milyon manat), “PAŞA Sığorta” (79,264 milyon manat), “Xalq Sığorta” (41,992 milyon manat), “Meqa Sığorta” (30,393 milyon manat) və “Qala Həyat Sığorta” (25,086 milyon manat) ASC-lərdir.

Qalan 15 sığorta şirkətindən 8-də balans kapitalı 10-25 milyon manat arasında, 6 şirkətdə isə 10 milyon manatdan azdır. 

1 şirkətin - “Azərsığorta”nın balans kapitalında 7,21 milyon manat çatışmazlıq yaranıb.