SIĞORTA

15 May

Azərbaycanda 5 sığorta şirkətinin uzunmüddətli öhdəlikləri 30 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə uzunmüddətli öhdəlikləri 30 milyon manatdan çox olub.

Fins.az  xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta” (432,791 milyon manat), “PAŞA Sığorta” (167,55 milyon manat), “Atəşgah Həyat Sığorta” (52,442 milyon manat), “Xalq Sığorta” (39,551 milyon manat) və “Azərbaycan Sənaye Sığorta” (33,097 milyon manat) ASC-lərdir.

Qalan 15 sığorta şirkətindən 9-da uzunmüddətli öhdəliklər 10-30 milyon manat arasında, 6 şirkətdə isə 10 milyon manatdan azdır.