2023-cü ilin yanvar-aprel ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 625 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2% və ya 176,1 milyon manat artıb.
Bu barədə Fins.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edək ki, eyni dövrdə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% artaraq 1 milyard 37,7 milyon manat təşkil edib.
Xatırladaq ki, hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,1% artaraq 56,7 milyon manata bərabər olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8% artıb və 41,8 milyon manat təşkil edib.