Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə öhdəlikləri 30 milyon manatdan çox olub.
Fins.az xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta” (472,687 milyon manat), “PAŞA Sığorta” (195,556 milyon manat), “Atəşgah Həyat Sığorta” (59,067 milyon manat), “Xalq Sığorta” (39,91 milyon manat) və “Qala Sığorta” (38,68 milyon manat) ASC-lərdir.
Qalan 15 sığorta şirkətindən 6-da öhdəliklər 10-30 milyon manat arasında, 7 şirkətdə 1-10 milyon manat arasında, 2 şirkətdə isə 1 milyon manatdan azdır.
Fuad Mədətov
Fins.az