Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 6-nın bu il yanvarın 1-nə qısamüddətli aktivləri illik müqayisədə az olub.
Fins.az xəbər verir ki, bunlar “Azsığorta”, “Qala Həyat Sığorta”, “Xalq Həyat Sığorta”, “Meqa Sığorta”, “Meqa Həyat Sığorta” və “Azərsığorta” ASC-lərdir.
Ən çox azalma “Azərsığorta”da (80,9%), ən az azalma isə “Azsığorta”da (20%) qeydə alınıb.
Qalan 14 sığorta şirkətinin isə qısamüddətli aktivləri artıb. Ən yüksək dinamika “Azərbaycan Sənaye Sığorta” ASC-də (2,1 dəfə), ən aşağı dinamika isə “Xalq Sığorta” ASC-də (0,9%) qeydə alınıb.
Fuad Mədətov
Fins.az