Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə qısamüddətli aktivləri 40 milyon manatdan çox olub.
Fins.az xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta” (193,129 milyon manat), “PAŞA Sığorta” (173,422 milyon manat), “Atəşgah Həyat Sığorta” (72,994 milyon manat), “Qala Sığorta” (60,786 milyon manat) və “Azərsığorta” (40,328 milyon manat) ASC-lərdir.
Qalan 15 sığorta şirkətindən 9-da qısamüddətli aktivlər 10-40 milyon manat arasında, 6 şirkətdə isə 10 milyon manatdan azdır.
Fuad Mədətov
Fins.az