SIĞORTA

10 May

Azərbaycanda 5 sığorta şirkətinin uzunmüddətli aktivləri 20 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə uzunmüddətli aktivləri 20 milyon manatdan çox olub.

Fins.az xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta” (359,335 milyon manat), “PAŞA Sığorta” (101,398 milyon manat), “Xalq Sığorta” (44,101 milyon manat), “Meqa Sığorta” (26,326 milyon manat) və “Qala Həyat Sığorta” (21,222 milyon manat) ASC-lərdir.

Qalan 15 sığorta şirkətindən 3-də uzunmüddətli aktivlər 10-20 milyon manat arasında, 10 şirkətdə 1-10 milyon manat arasında, 2 şirkətdə isə 1 milyon manatdan azdır.