SIĞORTA

08 May

Mərkəzi Bank 4 şirkətin lisenziyasının qüvvəsini bərpa edib

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 111.1-ci maddəsinə müvafiq olaraq lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının 05 may 2022-ci il tarixli qərarı ilə siyahıda adları qeyd edilən (siyahı əlavə olunur) hüquqi şəxs olan 2 (iki) sığorta brokerinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan 2 (iki) hüquqi şəxsə verilmiş lisenziyaların qüvvəsi bərpa edilib. 

Bu barədə Fins.az-a tənzimləyici qurumdan bildirilib.

Həmin şirkətlər “CİB Sığorta Agentliyi”, “Güvən Sığorta Agentliyi”,“Odlar Yurdu Sığorta Brokeri” və “Sizin Sığorta Brokeri” MMC-lərdir.