SIĞORTA

08 May

Azərbaycanda bəzi sığorta şirkətlərinin aktivləri 50 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə aktivləri 50 milyon manatdan çox olub.

Fins.az xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta” (552,464 milyon manat), “PAŞA Sığorta” (274,82 milyon manat), “Xalq Sığorta” (81,902 milyon manat), “Atəşgah Həyat Sığorta” (79,352 milyon manat) və “Qala Sığorta” (63,089 milyon manat) ASC-lərdir.

Qalan 15 sığorta şirkətinin aktivləri 10-50 milyon manat arasındadır.