SIĞORTA

02 May

Azərbaycan xaricə 3 mln. manatdan çox sığorta xidməti ixrac edib – Rəşad Əhmədov

Beynəlxalq Bürolar Şurasının 21 Sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Milli Yaşıl Kart Bürosu Gürcüstan və Qazaxıstanda Yaşıl Kart satmaq hüququ əldə edib.

Fins.az xəbər verir ki, bunu bu gün İcbari Sığorta Bürosu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə media nümayəndələri üçün keçirilən təlimdə Büronun icraçı direktoru Rəşad Əhmədov bildirib.

O, qeyd edib ki, razılığa əsasən 01 yanvar 2023-cü ildən etibarən Yaşıl Kart sığorta şəhadətnamələri Gürcüstan və Qazaxıstanın nəqliyyat vasitələrinə Azərbaycan sığortaçıları tərəfindən satılır:

“Xidmət ixracı anlamına gələn bu fəaliyyətin ilk 4 ayı ərzində xaricdə satılan Yaşıl Kartlar üzrə yerli sığorta şirkətləri 3 100 000 AZN-dən artıq sığorta haqqı əldə ediblər. Bu məbləğ Azərbaycanda keçən il satılan Yaşıl Kart sığorta müqavilələri üzrə toplanmış sığorta  haqlarının  illik həcminə yaxındır. İlin sonunadək ixracat həcminin 10 000 000 AZN - i keçməsi gözlənilir”.

Fuad Mədətov
Fins.az