Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmlakın yanğından sığortası üzrə 21,3 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 46% azalaraq 0,3 milyon manat olub.