SIĞORTA

19 Aprel

PAŞA Sığortadan BMW həvəskarlarına özəl Tam KASKO üzrə yeni kampaniya!

Hər həftə müxtəlif avtomobil markaları üçün fərqli kampaniyalar həyata keçirən PAŞA Sığorta “BMW” markalı avtomobil sahiblərinə özəl “BMW həftəsi” adlı yeni kampaniya təqdim edir. 18-25 aprel 2023-cü il tarixlərində avtomobilini Tam KASKO üzrə sığortalamaq istəyən və sığorta haqqı 500 AZN-dən yüksək olan BMW sahibləri 20% xüsusi endirim fürsəti qazanacaq.

Fins.az xəbər verir ki, kampaniya istehsal ili 2010 və daha yuxarı olan avtomobillərə şamil olunur.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya //cutt.ly/p79xvAd keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar dəyərini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/) və ya Instagram səhifələrinə göndərərək KASKO sığorta üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 00-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.